Ofis Ziyarəti “Jet Cinema” – 16.02.2024

Ofis ziyarəti çərçivəsində fevralın 16-sı yaradıcı film şirkəti olan “Jet Cinema”da qonaq olduq.

Burada təşkil olunan çay süfrəsi ətrafında “Jet Cinema”nın təsisçisi və direktoru Vasif Muradbəylinin təqdimatı zamanı çəkiliş və montaj üsulları, şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verildi. Sahibkarlar bu zaman şirkətin yaratdığı keyfiyyətli reklam filmlərinin videonümunələrini izləyərək öz təəssüratlarını bildirdilər.

Daha sonra baş tutan B2B müzakirələr zamanı şirkətlər arasında əməkdaşlıq perspektivlərinin mövcudluğu müzakirə edildi. Sənayedəki ən son tendensiyalar, marketinq strategiyaları, biznesin idarə edilməsi üsulları və digər mühüm mövzulara toxunuldu.

Nəzərinizə çatdıraq ki, “Jet Cinema” portret çəkilişi, moda çəkilişləri, məhsul fotoşəkilləri və digər kateqoriyalar üzrə fotoqrafiya xidməti, brend və ya şirkətin məhsullarını vizual olaraq tanıtmaq üçün məhsul çəkilişləri, eləcə də məhsul və ya xidmətlərin yüksək səviyyədə tanıdılması üçün reklam filmlərinin çəkilişini həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Concrete Bureau
Arch Project
MADO
San Tortino
Elegant-S
Buta Glass
Elbaer
La Liga Lounge Center