Ofis Ziyarəti “ERZ Ofis Mebelləri” – 20.02.2024

20 fevral tarixində növbəti fəaliyyətimiz ofis ziyarəti çərçivəsində “ERZ Ofis Mebelləri”ndə baş tutub.

Təşkil olunan çay süfrəsi ətrafında iştirakçılar öz şirkətləri haqqında məlumat veriblər. Tanışlıq zamanı sahibkarlar yeni B2B imkanları araşdırmaq və əməkdaşlıqlarla bağlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Bununla yanaşı, partnyorlarımız “ERZ Ofis Mebelləri”nin həmtəsisçiləri Zaur Hüseynov, Elçin Rüstəmov və Rəşad Babayevlə həmsöhbət olub. Qısa müddət ərzində şirkətin necə Azərbaycanın aparıcı ofis mebeli brendlərindən birinə çevrildiyi ilə bağlı təqdimat baş tutub.
Görüş şourumda gəzinti ilə davam edərkən sahibkarlarımız da şirkətin təklif etdiyi müxtəlif ofis mebelləri ilə tanış olublar.

Nəzərinizə çatdıraq ki, “ERZ Ofis Mebelləri” 2016-cı ildən ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzu edirik!

İştirak edən şirkətlər:

Marxal Resort
ARSİ Group
Nar Mobile
Formag Logistics
Kral Rent a Car
Easy Solution
Mado
Kirpi Tekstil
Nömrə 1 Tədris Mərkəzi
Doğtaş
Sultanoğlu Bearings
Fiore-F
Kitchen Plus
Unique Lab
Mega Həyat