15 iyul “DineHall” restoranında xanım sahibkarların iştirakı ilə işgüzar münasibətlərin yaradılması və inkişafı üçün təşkil etdiyimiz növbəti “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Tədbirdə partnyorlarımız sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verib və tanışlıqlar olub.Ətraflı
“MARSOL” partnyorları arasında netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədi ilə növbəti “Business Breakfast” görüşü “Kolorit” restoranında baş tutub. Partnyorlarımız və qonaq qismində iştirak edən sahibkarlar arasında tanışlıqlar oldu və şirkətləri haqqında məlumat verdilər.Ətraflı
13 iyul “La Liga Lounge Center”də sosial fəaliyyətlərimizə daxil olan növbəti “Mafia”oyunu və axşam ziyafəti baş tutub. Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. “MARSOL” tərəfdaşlarının xoş zaman keçirməsinə istiqamətlənmiş “Mafia”oyunu netvorkinq və dostluq əlaqələrinin gücləndirilməsinə də şərait yaradır. Partnyorlarımız fərqli stratejik oyun sergilədilər və maraqlı axşam keçirdiklərini bildirdilər.Ətraflı
Bu gün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis və istehsalat ziyarətimiz” partnyorumuz “Qayo Group”da baş tutdu. İlk öncə şirkətin direktoru Vüqar bəy məhsulları haqqında ətraflı məlumat verərək bizi istehsalatla yaxından tanış etdi. Belə ki, Vüqar bəy dövlət əmtəə nişanlı, laboratoriyadan keçmiş, sertifikatlaşdırılmış kompozit vərulon tipli plastik boru və kabel məhsullarının istehsalı prossesində iştirakımıza şərait yaratdı,...Ətraflı
Bu gün partnyorlarımızla “Unilegal Consulting” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.Ətraflı
Partnyor şirkətlərin fəaliyyət istiqamətləri və xidmətləri ilə yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Flitstok” şirkətində baş tutdu.Ətraflı
Bu gün “DineHall” restoranında Marsol partnyorlarının iştirakı ilə növbəti “Business Breakfast” görüşü keçirildi. Partnyorlarımız və qonaqlarımız arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz fəaliyyət istiqamətləri haqqında məlumat verdi. Görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy qonağımız oldu. O da öz növbəsində agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı. Görüşlərdə partnyorlarımızın maarifləndirilməsi məqsədi ilə təlim xarakterli...Ətraflı
Bu gün dünya şöhrətli şirkətlərin istehsal etdiyi izolyasiya materiallarının respublikaya idxalını və daxili bazarda satışını həyata keçirən “Caspian Energy Group” şirkətində “Ofis ziyarətimiz” baş tutdu. Partnyorlarımızın bir-birilərlə yaxından tanış olması, netvorkinq əlaqələrinin yaradılması və inkişafı məqsədi ilə həyata keçirdiyimiz ofis ziyarətində şirkətin rəhbəri Natiq bəy sahibkarlarla birgə şourumu gəzərək istehsal olunan izolyasiya və inşaat məhsulları...Ətraflı
Bugün netvorkinq görüşlərimizdən biri olan növbəti “Ofis ziyarətimiz” plastik və alüminium qabların, kağız və plastik stəkanların, fast food, tibbi və təmizlik məhsullarının, streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı ilə məşğul olan partnyorumuz “Fostanpak” şirkətində baş tutdu. Şirkətin rəhbəri Səbuhi bəy bizi çay süfrəsində qonaq etdi. İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında...Ətraflı
5 iyun “Mama Meri” restoranında xanım sahibkarların da iştirakı ilə netvorkinq əlaqələrinin yaradılması və inkişafı üçün təşkil etdiyimiz növbəti “Business Breakfast və B2B” görüşümüz baş tutdu. Tədbirdə partnyorlarımız sahibkarlıq fəaliyyətləri ilə bağlı məlumat verdi və tanışlıqlar oldu. Partnyorumuz olan “Sat Group” şirkətinin rəhbəri Azad bəy “Satıcıların yüksək motivasiyasına necə nail olmaq olar” mövzusunda təcrübələrini bölüşdü....Ətraflı