Mayın 15-i modern istilik sistemləri və aksesuarlarının satışını həyata keçirən partnyorumuz “ATOSLİM”də ofis ziyarətimiz baş tutdu. Sahibkarlarımızla bu dəfə 5-ci nəsil istilik sistemlərinin ən böyük idxalçılarından biri olan “ATOSLİM”in xidmətləri ətrafında müzakirə apardıq. Şirkətin təsisçisi və direktoru Azad İbrahimovun təqdimatı çərçivəsində “ATOSLİM”in təqdim etdiyi çeşidli məhsullar və modern texnologiyalarla tanış olduq. Bununla yanaşı, iştirakçılar həm...Ətraflı
Partnyorlarla mayın 14-ü “Ofis Ziyarəti” çərçivəsində “Gültekin Logistics” şirkətini ziyarət etdik.Çeşidli logistika fəaliyyətləri ilə 15 ildir beynəlxalq daşımalar sahəsində xidmət göstərən “Gültekin Logistics”i ziyarətimiz zamanı partnyorlarımız şirkətləri haqqında məlumat verdilər, logistika sektoru ilə əməkdaşlıq təcrübələrini bölüşərək müzakirə apardılar.Daha sonra “Gültekin Logistics”in Azərbaycan nümayəndəliyinin rəhbəri Şirzad Mustafayev təqdimat edərək şirkətin xidmətləri haqqında məlumat verdi, gələcək hədəfləri...Ətraflı
Mayın 14-ü partnyorlar arasında B2B əlaqələri inkişaf etdirmək və yeni işgüzar əlaqələr yaratmağı hədəfləyərək “İşgüzar Səhər Yeməyi” təşkil etdik. “Restore” restoranında baş tutan görüş zamanı 30-a yaxın partnyorumuzu əməkdaşlığa təşviq etmək üçün innovativ fəaliyyətlər və konsepsiyalar üzərində müzakirələr apardıq. Həmçinin Marsol Group-un Şimali Kipr nümayəndəsi və “Wotmax Estate” şirkətinin rəhbəri İlhami Bilgen də görüşdə iştirak...Ətraflı
Marsol Group partnyorlarının iştirakı ilə baş tutan “Dubay turu” yekunlaşdı. Partnyorlarımızın iştirakı ilə 5-10 may tarixlərində gerçəkləşən səfərimizin əsası Dubayın müasir və dəbdəbəli turistik yerlərini ziyarət edərək keçdi, maraqlı fəaliyyətlərlə yadda qaldı. “Dubay turu”nu ümumiləşdirsək, “Burj Khalifa”, “Burj al Arab”, “Dubai Mall”, “Fountan Square”, “Miracle Garden”, “Global Village”, “Madinat Jumeirah”, “Dubai Aquarium & Underwater Zoo”,...Ətraflı
Marsol Region partnyorları ilə onlayn görüşlərimiz davam edir. Mayın 8-i təşkil etdiyimiz görüşdə sahibkarlar bir-birilərilə tanış olub, potensial tərəfdaşlarla müzakirələr apararaq öz biznes təcrübələrindən danışıblar. Onlayn görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin mütəxəssisi Humay Nəzərova da iştirak edib. O, Fondun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi ilə bağlı...Ətraflı
Sahibkarlara bizneslərini geniş auditoriyaya tanıtmaq imkanı yaradan “İşgüzar Səhər Yeməyi”ndə növbəti dəfə bir araya gəldik! 8 may tarixində “Başkent” restoranında maraqlı təqdimatlar və müzakirələrin gerçəkləşdiyi görüşdə bu dəfə 40-a yaxın sahibkar iştirak etdi. Şirkətlərlə birbaşa əlaqə quraraq netvörkinqin genişlənmə potensialını artıran Marsol Group-un təqdimatı çərçivəsində partnyorlar gələcək fəaliyyətlərlə tanış oldular. Görüşdə iştirak edən Dövlət Məşğulluq...Ətraflı
Mayın 7-si “Porland Porselen”in Azərbaycandaki rəsmi nümayəndəsi “Demo Gastro”da sahibkarlarımızla bir araya gəldik. Xüsusilə xanımların diqqətini cəlb edən görüş çay süfrəsi ətrafında davam edərkən partnyorlarımız şirkətlərini tanıdaraq B2B müzakirələr apardılar. Davamında şirkətin təsisçisi Fatimə Baxşəliyevanın rəhbərliyi ilə şourumda gəzərək “Demo Gastro”nun çeşidli Porland məhsulları ilə yaxından tanış olduq. Görüşün sonunda isə 2024-2025-ci il Marsol Group...Ətraflı
Regionlarda fəaliyyətlərimiz davam edir. Mayın 7-si Marsol Region və “Nar”ın təşkilatçılığı ilə Lənkəran şəhərində fəaliyyət göstərən “Bağ Evim” restoranında dövlət qurumları və sahibkarlar bir araya gəldi. Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev...Ətraflı
Bir günə daha “İşgüzar Səhər Yeməyi” ilə başladıq! Partnyorlarımız arasında işgüzar əlaqələrin artdığını görmək sevindirici haldır ki, təşkil etdiyimiz görüşdə də bunu müşahidə etmək imkanımız oldu. Mayın 7-si “La Maree” restoranında baş tutan görüş çərçivəsində partnyorlarımız şirkətləri haqqında məlumat verərək B2B müzakirələrə zəmin yaratdılar. Bununla yanaşı partnyorumuz “Kral Group”un tərkibində olan “Fintech Lizing” şirkətinin təqdimatı...Ətraflı