İşgüzar Səhər Yeməyi “La Maree” – 07.05.2024

Bir günə daha “İşgüzar Səhər Yeməyi” ilə başladıq!

Partnyorlarımız arasında işgüzar əlaqələrin artdığını görmək sevindirici haldır ki, təşkil etdiyimiz görüşdə də bunu müşahidə etmək imkanımız oldu.

Mayın 7-si “La Maree” restoranında baş tutan görüş çərçivəsində partnyorlarımız şirkətləri haqqında məlumat verərək B2B müzakirələrə zəmin yaratdılar.

Bununla yanaşı partnyorumuz “Kral Group”un tərkibində olan “Fintech Lizing” şirkətinin təqdimatı da baş tutdu. Kral Groupun təsisçisi Rövşən Tağıyev və Fintech Lizing şirkətinin rəhbəri Elşən Bayramov çıxış edərək şirkətin fəaliyyətləri haqqında məlumat verdi.

Davamında “Kral Group” və “Fintech Lizing”in fəaliyyətlərini əks etdirən videoçarx izlənildi.

Görüşün sonunda isə, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.