Lənkəran sahibkarlarıyla işgüzar görüş – 07.05.2024

Regionlarda fəaliyyətlərimiz davam edir.

Mayın 7-si Marsol Region və “Nar”ın təşkilatçılığı ilə Lənkəran şəhərində fəaliyyət göstərən “Bağ Evim” restoranında dövlət qurumları və sahibkarlar bir araya gəldi.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara regional Məşğulluq filialının tərəf və tərəfdaşlar üzrə şöbə müdiri Nahid Nağdıyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Lənkəran Regional Koordinatorluğunun koordinatoru Rahib Cəbiyev də iştirak edərək sahibkarlara qurumların yeni layihələri və planları haqqında məlumat verdilər.

Sahibkarlar arasında yaranan yeni tanışlıqlar və müzakirələrin sonunda “Nar”ın təqdimatı çərçivəsində şirkətin satış direktoru Fariz Cəfərov yeni fəaliyyətləri, kampaniyaları haqqında iştirakçıları məlumatlandırdı.

Daha sonra, partnyorumuz “Gə Bura” kafesini ziyarət edərək səmimi mühitdə çay süfrəsi ətrafında müxtəlif müzakirələr apardıq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!