Ofis Ziyarəti “Demo Gastro” – 07.05.2024

Mayın 7-si “Porland Porselen”in Azərbaycandaki rəsmi nümayəndəsi “Demo Gastro”da sahibkarlarımızla bir araya gəldik.

Xüsusilə xanımların diqqətini cəlb edən görüş çay süfrəsi ətrafında davam edərkən partnyorlarımız şirkətlərini tanıdaraq B2B müzakirələr apardılar.

Davamında şirkətin təsisçisi Fatimə Baxşəliyevanın rəhbərliyi ilə şourumda gəzərək “Demo Gastro”nun çeşidli Porland məhsulları ilə yaxından tanış olduq.

Görüşün sonunda isə 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.