İşgüzar Səhər Yeməyi “Başkent” – 08.05.2024

Sahibkarlara bizneslərini geniş auditoriyaya tanıtmaq imkanı yaradan “İşgüzar Səhər Yeməyi”ndə növbəti dəfə bir araya gəldik!

8 may tarixində “Başkent” restoranında maraqlı təqdimatlar və müzakirələrin gerçəkləşdiyi görüşdə bu dəfə 40-a yaxın sahibkar iştirak etdi.

Şirkətlərlə birbaşa əlaqə quraraq netvörkinqin genişlənmə potensialını artıran Marsol Group-un təqdimatı çərçivəsində partnyorlar gələcək fəaliyyətlərlə tanış oldular.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də Agentliyin fəaliyyətləri haqqında məlumat verdi, partnyorlarla həmsöhbət oldu.

Bununla yanaşı, partnyorumuz “Kral Group”un tərkibində olan “Fintech Lizing” şirkətinin təqdimatı da baş tutdu. Şirkətin rəhbəri Elşən Bayramov çıxış edərək şirkətin fəaliyyətləri haqqında məlumat verdi.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

Ahəng Psixologiya
Catering Baku
Globus Travel
Stone House
N Beauty Club
GR Group
World Karyera
Talent Staff and Busniess Solution
Envix Print
Unique Lab
Baku Stone Factory
Onur Plast
Qurban.az
ASO Group
Estet
Altent.az
Mopedo
Uplink
S-Enna
DMA
SG Logistics
AL Group
İnes Precast
Pak Xalça
Unilegal
Başkent
Fintech Lizinq
ERZ Ofis Mebeli
Caspian Energy Group
Handex
Rövşənoğlu Holding