Marsol Region partnyorları ilə onlayn görüşlərimiz davam edir.

Mayın 8-i təşkil etdiyimiz görüşdə sahibkarlar bir-birilərilə tanış olub, potensial tərəfdaşlarla müzakirələr apararaq öz biznes təcrübələrindən danışıblar.

Onlayn görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin mütəxəssisi Humay Nəzərova da iştirak edib. O, Fondun fəaliyyət istiqamətləri və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi ilə bağlı partnyorlarımızı məlumatlandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds