Biznes Tur “Dubay” – 05.04.2024

Marsol Group partnyorlarının iştirakı ilə baş tutan “Dubay turu” yekunlaşdı.

Partnyorlarımızın iştirakı ilə 5-10 may tarixlərində gerçəkləşən səfərimizin əsası Dubayın müasir və dəbdəbəli turistik yerlərini ziyarət edərək keçdi, maraqlı fəaliyyətlərlə yadda qaldı.

“Dubay turu”nu ümumiləşdirsək, “Burj Khalifa”, “Burj al Arab”, “Dubai Mall”, “Fountan Square”, “Miracle Garden”, “Global Village”, “Madinat Jumeirah”, “Dubai Aquarium & Underwater Zoo”, “Palm Jumeirah”da “Atlantis” və “Jumeirah Beach Residence”i , eləcə də “Dubai Marina”nı gəzdik. Bununla yanaşı turumuza maraq qatan çöl Safarisi və Cruises səfəri də baş tutdu.

5 günlük turun ən maraqlı fəaliyyətlərində xatirə şəkilləri də çəkdirdik.

İştirak edən bütün partnyorlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds