Ofis ziyarəti çərçivəsində fevralın 16-sı yaradıcı film şirkəti olan “Jet Cinema”da qonaq olduq. Burada təşkil olunan çay süfrəsi ətrafında “Jet Cinema”nın təsisçisi və direktoru Vasif Muradbəylinin təqdimatı zamanı çəkiliş və montaj üsulları, şirkətin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verildi. Sahibkarlar bu zaman şirkətin yaratdığı keyfiyyətli reklam filmlərinin videonümunələrini izləyərək öz təəssüratlarını bildirdilər. Daha sonra...Ətraflı
Fevralın 16-sı “Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində müxtəlif bölgələrimizdə arıçılıq sahəsində fəaliyyət göstərən Marsol Region partnyorları və sahibkarlarla onlayn görüş baş tutub. Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev, Dövlət Məşğulluq Agentliyinin layihələr şöbəsinin müdiri Taleh Hüseynli və...Ətraflı
Üç ildən artıq müddət Elxanoğlu adı altında fəaliyyət göstərmiş şirkətimiz artıq rebrending edərək Muffin Pastry olaraq fealiyyətinə davam edir. Əsas məqsədimiz müştəri məmnuniyyəti və keyfiyətli xidmətdir.Məhsullarımızın istehsalında istifadə etdiyimiz xammaldan , paketləməsinə qədər bütün mərhələlərdə ən keyfiyyətli məhsullardann istifadə edərək mütşərilərimiz üçün ən yaxşısını etməyə çalışırıq. Ünvan: Üzeyir Hacıbəyli 76A Mobil: +994515484737 Facebook: Muffin pastry...Ətraflı
“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin tədbirləri davam edir. Xanımların peşəkar inkişafına, sahibkarlıq düşüncəsini inkişaf etdirməsinə və maariflənməsi üçün təşkil olunan layihə çərçivəsində fevralın 15-i “İşgüzar Səhər Yeməyi” baş tutub. “MADO” restoranında B2B mühitdə bir araya gələn xanım sahibkarların biznesləri ilə bağlı bir sıra təqdimatlar olub yeni əməkdaşlıqlara zəmin yaranıb. Görüşün əvvəlində İş adamları Cəmiyyətinin Milli...Ətraflı
Müasir iş dünyasında güclü biznes şəbəkəsinə malik olmaq uğur üçün vacib amildir. Bu məqsədlə təşkil etdiyimiz görüşlərlə Marsol Group partnyorları ilə yanaşı regionda fəaliyyət göstərən sahibkarların yerli bazarda daha yaxşı mövqe qazanmasına, regionda netvörkinqin inkişafına və dəstəklənməsinə imkan yaradırıq. Fevralın 14-ü təşkil etdiyimiz onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə Marsol Group partnyorlarını bir araya...Ətraflı
14 fevral tarixində Marsol Group partnyorları yenidən dəyirmi masa ətrafında B2B görüş çərçivəsində bir araya gəlib. İnkişaf edən biznes mühitində potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi istiqamətində müzakirələr baş tutub həmçinin sahibkarların fəaliyyətlərimizlə bağlı təklif və rəyləri dinlənilib. Görüşün davamında isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində...Ətraflı
Dəyirmi masa ətrafında B2B görüşlərimiz davam edir. 13 fevral tarixində baş tutan görüşlərdə sahibkarları bir araya gətirərək onların potensial əməkdaşlıq imkanlarını dəyərləndirməsinə və biznesə dair məsələlərdə fikir mübadiləsi aparmasına vasitəçi olduq. Bu görüşlərdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin...Ətraflı
Fevralın 13-ü ofis ziyarəti çərçivəsində Türkiyənin ixrac yönümlü markası olan “Sleep & Bed”in Azərbaycandaki mağazasını ziyarət etdik.Görüşün əvvəlində iştirakçılar arasında B2B müzakirələr zamanı yeni bazarlara çıxış imkanları, marketinq strategiyaları, əməkdaşlıq və əlaqələr kimi mövzular şərh olundu. Sahibkarların bu biznes mühitində fikir və təkliflərini dinləmək maraqlı oldu.“Sleep & Bed”in təqdimatında isə şirkətin rəhbəri Abbas Məmmədov ev...Ətraflı
Şirkətimiz təkcə funksional deyil, həm də əsl sənət əsəri olan mebel yaradir. Biz zövqünüzü və üslubunuzu vurğulayan unikal interyer dizayn həllərini təklif edirik. Şirkətin kataloqunda mebellərin geniş seçimi var – mətbəx mebeli, yataq otağı mebeli, qonaq otağı mebeli, dəhliz, hamam otağı mebeli və s. Müasir və ya klassik üslubda mebel, müxtəlif rənglər, ölçülər və məqsədlər...Ətraflı
CELT (Center for English Language Teaching) Bakıda ən böyük beynəlxalq ingilis dili tədris mərkəzidir. Hal hazırda CELT en yaxşı ingilis dili mərkəzlərinə sahibdir. 14 Bakıda, 1 Sumqayıyda və 1 İstanbulda mərkəzi fəaliyyət göstərir. Ünvan: Xocalı pr14 Telefon: 077-521-02-43 E-mail: [email protected] İnstagram: celtxetai / celtcollegesofficialƏtraflı