Month

Mart 2023
Layihə çərçivəsində Lənkəran-Astara iqtisadi rayonundan olan sahibkarlar maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.
Ətraflı
Biznes mühitinə və KOB sektoruna dair iş adamları ilə fikir mübadiləsi aparılıb. KOBİA-nın İdarə Heyəti “Marsol”a üzv olan şirkətlərin rəhbərləri ilə “Bakı KOB evi”ndə işgüzar səhər yeməyinə qatılıb. Görüşdə biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti və iş adamları arasında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sahibkarların fikir və təkliflərini dinləmək, ehtiyacları...
Ətraflı
“Marsol Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “Marsol Business Club”da “Think Wise Consulting”in təsisçisi Çingiz Novruzzadənin rəhbərliyində “Orta sahibkarlıq subyektlərinin kritik problemlerinin həlli” mövzusunda müzakirə baş tutub. Sonda isə iştirak edən partnyorlar arasında B2B görüş olub. “Marsol Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən...
Ətraflı
Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, Gədəbəy Mineral Suları (Slavyanka) şirkətinə oldu. Müəssisənin direktoru Adil Haqverdiyev çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra Adil bəy partnyorlarımızı maraqlandıran sualları cavabladı, maraqlı müzakirələr oldu. 2004-cü ildə təsis...
Ətraflı
Bu gün 2022-2023 sponsorumuz olan “Silo Construction” şirkətində ofis ziyarətimiz baş tutdu. Şirkətin rəhbəri Emin Fərəcov bizləri çay süfrəsi ətrafında qonaq etdi və partnyorlar arasında tanışlıq oldu. Daha sonra şirkətin fəaliyyət və xidmətləri haqqında bizə ətraflı məlumat verdi və videoçarx izlənildi. Silo Construction reallaşdırdığı effektiv layihələr nəticəsində, heyvandarlıq fermalarının, taxıl anbarlarının,təmizləmə zavodlarının qurulması, montajı və...
Ətraflı
Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, Unilegal Consulting şirkətinə oldu. Şirkətin rəhbəri Tofiq Hacıyev bizləri çay süfrəsi ətrafında qonaq etdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra partnyorlarımızla “Unilegal Consulting” şirkətinin xidmətləri haqqında söhbətlər aparıldı. Belə ki, Tofiq bəy “Unilegal Consulting” şirkətinin əsas fəaliyyət prinsipinin vergi, mühasibatlıq,...
Ətraflı
Bu səhər partnyorlarımızın iştirakı ilə Prive Steak Gallery restoranında növbəti Business Breakfast görüşümüz baş tutdu. Partnyorlarımız səmimi mühitdə bir araya gəldilər. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə partnyorlarımız arasında tanışlıqlar oldu. “Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və müəyyən mövzularda həmsöhbət...
Ətraflı
Partnyorlarımızla birlikdə növbəti ziyarətimiz, Prive Steak Gallery restoranına oldu. Restoranın rəhbəri Fuad Novruzlu öz məhsulları olan ləziz şirniyyatlarını təqdim edərək çay süfrəsi ətrafında bizləri qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra partnyorlarımızı maraqlandıran sualları cavabladı və Marsol üzvlərinə...
Ətraflı
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə “Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu” mövzusunda ictimai müzakirə təşkil olunub.
Ətraflı
1 2 3