Ofis Ziyarəti “Unilegal Consulting” – 02.03.2023

Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, Unilegal Consulting şirkətinə oldu. Şirkətin rəhbəri Tofiq Hacıyev bizləri çay süfrəsi ətrafında qonaq etdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra partnyorlarımızla “Unilegal Consulting” şirkətinin xidmətləri haqqında söhbətlər aparıldı.

Belə ki, Tofiq bəy “Unilegal Consulting” şirkətinin əsas fəaliyyət prinsipinin vergi, mühasibatlıq, maliyyə xidmətləri, əmək və işəgötürmə hüquqları, kadr işinin təşkili, sənədlərin auditi, qanunla tələb olunan bütün fəaliyyət növləri üzrə lisenziyaların və əmtəə nişanlarının alınması və s. ibarət olduğunu, bu xidmətlərin müştərilərə çoxillik təcrübəyə malik mütəxəssislər tərəfindən verildiyini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Beynəlxalq Təhsil Mərkəzi
Caspian Cable System
SİS Collection