Business Breakfast “Prive Steak Gallery” – 02.03.2023

Bu səhər partnyorlarımızın iştirakı ilə Prive Steak Gallery restoranında növbəti Business Breakfast görüşümüz baş tutdu. Partnyorlarımız səmimi mühitdə bir araya gəldilər. İşgüzar münasibətlərin gücləndirilməsi, yeni əməkdaşlıqlara zəmin yaratması məqsədi ilə təşkil etdiyimiz görüşdə partnyorlarımız arasında tanışlıqlar oldu. “Sahibkarlığın İnkişafı Fondu”nun İctimaiyyətlə Əlaqələr şöbəsindən Selcan Sərdarlı iştirak edərək fondun fəaliyyətləri haqqında danışdı və müəyyən mövzularda həmsöhbət oldu.

Daha sonra 2022-2023 sponsorumuz olan QAYO Group şirkəti bizə və partnyorlara öz kabel kataloqunu təqdim edərək məhsulları haqqında məlumat verdi.

“QAYO” şirkəti 2015-ci ildən çoxdamarlı mis (Cu) və alüminium (Al) naqillərin istehsalına başlamışdır. Belə ki, şirkət, dövlət əmtəə nişanlı, məhsul keyfiyyətinə görə laboratoriya analizindən keçmiş və sertifikatlaşdırılmış, Türkiyə istehsalı olan mühafizə örtüklü və standartlara tam uyğun, müxtəlif rənglərdə çoxdamarlı mis və alüminium məftillərin istehsalçısıdır. Eyni zamanda 2020-ci ildən etibarən, “QAYO” şirkəti sadə, kompozit və rulon tipli plastik boru məhsullarının istehsal fəaliyyətinə də başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Usta Qrup (qonaq)
Storm Engineering
ERZ Mebel
Çapar MMC (qonaq)
Ecomedi
Grow Audit
Qayo
Prive Gallery
Smart Group
Kral Group
Omnitech
Techmaster
GST Company
Allplast
Moon Group
Fleetstock
Ağsaray
SİF
Green Motors
Sabiroğlu
Finivo Project
Ecolife
Hafele
FFF+N
EFC Terrarium
Azelektrod
ATO Slim (qonaq)
Aqroturizm (qonaq)