Ofis Ziyarəti “Prive Steak Gallery” – 01.03.2023

Partnyorlarımızla birlikdə növbəti ziyarətimiz, Prive Steak Gallery restoranına oldu. Restoranın rəhbəri Fuad Novruzlu öz məhsulları olan ləziz şirniyyatlarını təqdim edərək çay süfrəsi ətrafında bizləri qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra partnyorlarımızı maraqlandıran sualları cavabladı və Marsol üzvlərinə xüsusi endirimləri olduğunu vurğuladı. Eyni zamanda qastronomiya , qəssab və şirniyyat bölməsindəki alış-verişlər üçün endirim kuponu təqdim etdi.

Bakının mərkəzi küçəsində yerləşən Prive Steak Gallery 220 nəfəri qarşılaya biləcək zal və qış bağçasından, eyni zamanda toplantı və qrup yeməkləri üçün TV, proyektor ilə təchiz edilmiş, bir-birindən arakəsmələr ilə ayrılan VİP kabinetlərdən ibarətdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Rattan
Eurodoor
ABV
L SİM
N-Advert
Sarp System
SR Broker
Yusif NS
Brend Agro
Monyo
Qanun Mühasibatlıq Xidmətləri
Qurban.az
Prive Gallery
Fotsanpak