Ofis Ziyarəti “Silo Construction” – 02.03.2023

Bu gün 2022-2023 sponsorumuz olan “Silo Construction” şirkətində ofis ziyarətimiz baş tutdu. Şirkətin rəhbəri Emin Fərəcov bizləri çay süfrəsi ətrafında qonaq etdi və partnyorlar arasında tanışlıq oldu. Daha sonra şirkətin fəaliyyət və xidmətləri haqqında bizə ətraflı məlumat verdi və videoçarx izlənildi.

Silo Construction reallaşdırdığı effektiv layihələr nəticəsində, heyvandarlıq fermalarının, taxıl anbarlarının,təmizləmə zavodlarının qurulması, montajı və inşaatını həyata keçirməklə bu sahə üzrə ölkədə lider olmağı bacarmışdır.

Bizi qonaq edən Emin bəyə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Estet
Unilift
Archiko Academy
Pak xalça
RF İnşaat
Avtolux
Max Transport
Caspian Energy Group