Ofis Ziyarəti “Gədəbəy Mineral Suları” – 03.03.2023

Partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz, Gədəbəy Mineral Suları (Slavyanka) şirkətinə oldu. Müəssisənin direktoru Adil Haqverdiyev çay süfrəsi ətrafında partnyorlarımızı qonaq etdi və fəaliyyətləri haqqında ətraflı məlumat verdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər. Daha sonra Adil bəy partnyorlarımızı maraqlandıran sualları cavabladı, maraqlı müzakirələr oldu.

2004-cü ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Slavyanka – Gədəbəy Mineral Suları
Best Bearings Company
Net Finance
Fisincan Restoranı
Şərq – Qərb Nəşriyyat və Poliqrafiya
Zəhra Klinikası
Fire Universal Group
Concept Catering
Tayqatech
Jet Cinema