Ofis Ziyarəti “Vəlioğlu 2018” –19.01.2022

Bugün partnyorlarımız və Türkiyənin Kahramanmaraş şəhərindən üç biznes sahibi ilə birgə növbəti görüşümüz MARSOL sponsorlarından olan “Vəlioğlu 2018” şirkətində baş tutdu. Əvvəl partnyorlar bir-birlərilə tanış oldu, daha sonra şirkətin rəhbəri Zaur bəy fəaliyyətləri və rəsmi distribüteri olduqları Predo Baby, Kris, Lexi və s. brendləri haqqında ətraflı məlumat verdi və günü-gündən artmaqda olan “Top market” şəbəkələri haqqında danışdı. Bununla yanaşı Türkiyəli sahibkarlarla əməkdaşlıqların qurulması ilə bağlı müzakirələr edildi.

Sonda isə, tərəfdaşlarımızla birlikdə şourumda yer alan məhsullarla tanış olduq. Başda Zaur bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Era 360 Business Consultancy
Olive Bloss
Akalp Süt ve Süt ürünleri
EMF Laboratuvar Mühendislik Şirketi
Karvan-L
VMR Tekstil
AZPLASTTECH
Hikmetoglu Transport