Business Breakfast “Dine Hall” – 19.01.2022

Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” görüş bu gün partnyorumuz “Dine Hall” restoranında baş tutdu. Şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Daha sonra partnyorumuz “One Smart Star” şirkətinin rəhbəri Vüqar bəyin təqdimatı gərçəkləşdi. Belə ki, Vüqar bəy “One Smart Star” şirkətinin ölkədə ulduz dörd rəqəmli nömrələrin satışını həyata keçirdiyini qeyd etdi və ulduz nömrənin üstünlüklərindən danışdı. Onu da qeyd edək ki, MARSOL şirkəti də “One Smart Star”ın ulduz nömrə xidmətindən (*0555) istifadə edir.

Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və xüsusi zonalar üzrə koordinatorluğun KOB dostu departamentinin nümayəndəsi Yusif bəy də iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Kartpak
One Smart Star
BFAA
İtech Group
FreshAir
Outside
ThinkWise
El-Kha Construction
Saf Chemical
Atlas Mühəndislik
SMTT
Sabiroğlu MMC
Prestij Kimya MMC
Sika MMC
KOBİA
Ambiance Med
Saloni Mebel
Ecomedi
Dekoriza
Fotoxalça
Luck Office Support
RA Miles Travel
Marsol MMC
Emlak az
GV Estetik
Red Academy
FFF+N MMC