Ofis Ziyarəti “Birgə və Sağlam İctimai Birliyi” – 19.01.2022

Bu gün partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”nin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzini ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. İctimai Birliyin rəhbəri Aytən xanımın təqdimatı ilə partnyorlarımızla birgə mərkəzlə, autizmli uşaqlarla tanış olduq və onlarla maraqlı söhbətimiz baş tutdu. Daha sonra autizmli uşaqların qonaqlar üçün gözəl musiqili çıxışları oldu.
Sonda isə Aytən xanım qeyd etdiki, “Kashalata” Azərbaycanda autizm sendromlu uşaqların işlətdiyi ilk kafedir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Marsol
Allplast
Azplastech
Birgə və sağlam ictimai birliyi
Erz mebel
Meslehetçi.az
İnci Psixoloji Reabilitasiya Mərkəzi
Shane Academy
Prochem
Depromo
Pos.az
Rota Group