Business Breakfast “MARSOL Business Club” – 21.01.2022

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, fərqli-fərqli sektorlar üzrə qarşılıqlı əməkdaşlıqların və iş əlaqələrinin qurulması məqsədi ilə reallaşan növbəti “Business Breakfast” görüşümüz baş tutub. Görüş zamanı şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı. Sonda isə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntüləri təqdim etdi və növbəti sərgi haqqında partnyorları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
GreenMed
Moon Group
TechMaster
Sarp Systems
Hasmatik Baku
Caspian Enerji Group
S-Enna
Sahibkarlığın İnkişafı Fondu