Ofis Ziyarəti “Regional Construction Group” – 20.12.2023

Bu gün baş tutan ofis ziyarətində partnyorumuz “Regional Construction Group”un qonağı olduq.

Partnyorlarımızla şirkətin ofisində çay süfrəsi ətrafında “Regional Construction Group”un fəaliyyət istiqamətləri, unikal şəkildə həyata keçirilən tikinti, təmir, dizayn, layihələndirmə xidmətləri haqqında məlumat aldıq.

Bundan əlavə şirkətin direktoru Ayaz Məmmədov inşaat sənayesində “Regional Construction Group”u fərqləndirən xüsusiyyətlər haqqında partnyorlara məlumat verdi. Davamında iştirakçılar arasında birgə layihələr, qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə olundu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Caspian Cable Systems
Almet Trading Baku
Antik İnşaat
E.H.A Group
AEM Elektron
ATO Group
Zetaş
Osmanlı Group
S-Enna