Ofis Ziyarəti “Arsi Group” – 19.12.2023

Bu gün 20-yə yaxın partnyorumuzla birlikdə mərmər və qranit məhsullarının istehsalı ilə məşğul olan “Arsi Group”da qonaq olduq. Çay süfrəsi ətrafında tanışlıqlar baş tutdu. “Arsi Group”un rəhbəri Dəniz İpək bizlərə həyata keçirdikləri layihələr və şirkətin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verdi.

Görüşün davamında şirkətin istehsal sahəsini gəzərək mərmər və qranit məhsullarının hazırlanma prosesi və istehsal avadanlıqları ilə yaxından tanış olduq.

“Arsi Group” Azərbaycanda 2009-cu ildən fəaliyyətə başlayıb. Şirkət fəaliyyətə başladığı müddət ərzində bir çox mühüm layihələr həyata keçirmişdir. “Arsi Group” hər cür mərmər, qranit və təbii daşların hazırlanması üçün avadanlıqlara malikdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Dekoriza
A.Asash Construction
Kovrolin.az
Proglass
EMAZ Group
Unity Technologies
Kayra Group(qonaq)
La Liga
AAC
SG Logistika
Arter
ERZ Ofis Mebeli
VMR
Meslehetci.az
Layer(qonaq)
BMY Caspian