Marsol Group və Marsol Region partnyorları ilə Özbəkistanda fəaliyyət göstərən sahibkarlar arasında onlayn görüş baş tutub. Oktyabrın 23-ü baş tutan görüşdə ölkəmizin regionlarından və paytaxtdan sahibkarlar həmçinin, Özbəkistanda fəaliyyət göstərən azərbaycanlı iş adamları arasında B2B əlaqələrin genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Yerli şirkətlərin beynəlxalq bazarlara çıxışının artırılması, Özbəkistandakı iş adamları ilə birgə layihələrin həyata keçirilməsi və...Ətraflı
Onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə növbəti dəfə bir araya gəldik.Oktyabrın 16-sı təşkil etdiyimiz onlayn görüşdə əməkdaşlıq potensialı olan sahələri bir araya gətirməklə sahibkarlar arasında maraqlı müzakirələrə vasitəçi olduq.Marsol Group və Marsol Region partnyorlarının tanış olmasından əlavə yeni məhsul və xidmətlər, eləcə də sektorlar üzrə yeniliklərlə bağlı bir sıra müzakirələrimiz baş tutdu.Ətraflı
Marsol Region partnyorları ilə onlayn görüşlərimiz davam edir. Oktyabrın 9-u təşkil etdiyimiz görüş region və paytaxt sahibkarlarını bir araya gətirib, onlar arasında bir sıra biznes müzakirələrə vasitəçi olub. İştirakçılar arasında səmərəli müzakirələrlə yanaşı Marsol Group-un gələcək fəaliyyətləri ilə bağlı da məlumat verilib.Ətraflı
Marsol Group və Marsol Region partnyorları sentyabrın 25-i onlayn görüş çərçivəsində bir araya gəliblər. Görüşdə dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev də iştirak edib. İştirakçılar arasında sahibkarlıq məsələləri, dövlət dəstəyi, vergi güzəştləri və kreditləşmə mexanizmləri və B2B müzakirələr baş tutub.Ətraflı
Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş baş tutub. Sentyabrın 18-i onlayn görüş çərçivəsində iştirakçılar öz bizneslərini tanıdıb, fəaliyyətləri haqqında təqdimat edib. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, B2G formatda davam edən müzakirələr zamanı işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli...Ətraflı
Sahibkarlar arasında səmərəli biznes imkanları təqdim edən onlayn görüşlər davam edir. Sentyabrın 11-i onlayn görüşdə xanım sahibkarların da iştirakı ilə B2B müzakirələr aparılıb. Görüş çərçivəsində regionda fəaliyyət göstərən Marsol Region partnyorları ilə paytaxt sahibkarları arasında tanışlıqlar baş tutub.Ətraflı
Netvörkinqin regionda inkişafını təmin etmək məqsədi daşıyan onlayn görüşlərimiz Marsol Region və Marsol Group partnyorlarının iştirakı ilə davam edir. Avqustun 28-də baş tutan görüşümüz ölkəmizin regionlarından sahibkarları yenidən bir araya gətirərək yeni tanışlıqların yaranmasına və biznes təcrübələrinin müzakirə olunmasına vasitəçi olub.Ətraflı
Paytaxt və regionlarda fəaliyyət göstərən sahibkarlar arasında növbəti onlayn görüş baş tutub.Avqustun 21-i baş tutan görüşdə partnyorlar arasında yeni tanışlıqlar olub. B2B formatda dialoqlar və müzakirələrlə davam edən görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva da iştirak edərək sahibkarlarımızla həmsöhbət olub. Həbibə xanım sahibkarlıq fəaliyyətlərinin inkişafı üçün görülən tədbirlər haqqında məlumat...Ətraflı
Avqustun 7-si Quba-Xaçmaz, Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla Marsol Group partnyorları onlayn görüş çərçivəsində bir araya gəlib. Görüşdə sahibkarlara regionlarda biznes əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunan layihələr və fəaliyyətlər barədə məlumat verilib, onların sualları cavablandırılıb.Ətraflı
Marsol Region və Marsol Group partnyorları onlayn görüş çərçivəsində iyulun 31-i növbəti dəfə bir araya gəldilər. Şəki-Zaqatala, Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və Bakı partnyorlarımız arasında yeni əlaqələrin qurulması istiqamətində təşkil etdiyimiz onlayn görüşdə Marsol Group-un gələcək fəaliyyətləri, ölkədaxili və ölkəxarici “Biznes turlar” haqqında məlumat verdik. Görüşdə Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin böyük...Ətraflı