Paytaxt və regionlarda fəaliyyət göstərən sahibkarlar arasında növbəti onlayn görüş baş tutub.Avqustun 21-i baş tutan görüşdə partnyorlar arasında yeni tanışlıqlar olub. B2B formatda dialoqlar və müzakirələrlə davam edən görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva da iştirak edərək sahibkarlarımızla həmsöhbət olub. Həbibə xanım sahibkarlıq fəaliyyətlərinin inkişafı üçün görülən tədbirlər haqqında məlumat verib.