Marsol Group və Marsol Region partnyorları sentyabrın 25-i onlayn görüş çərçivəsində bir araya gəliblər.
Görüşdə dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev də iştirak edib. İştirakçılar arasında sahibkarlıq məsələləri, dövlət dəstəyi, vergi güzəştləri və kreditləşmə mexanizmləri və B2B müzakirələr baş tutub.