Marsol Region və Marsol Group partnyorları arasında onlayn görüş baş tutub.
Sentyabrın 18-i onlayn görüş çərçivəsində iştirakçılar öz bizneslərini tanıdıb, fəaliyyətləri haqqında təqdimat edib. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də görüşdə iştirak edərək agentliyin fəaliyyətləri haqqında məlumat verib, B2G formatda davam edən müzakirələr zamanı işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!