Marsol Region və Marsol Group partnyorları onlayn görüş çərçivəsində iyulun 31-i növbəti dəfə bir araya gəldilər.

Şəki-Zaqatala, Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və Bakı partnyorlarımız arasında yeni əlaqələrin qurulması istiqamətində təşkil etdiyimiz onlayn görüşdə Marsol Group-un gələcək fəaliyyətləri, ölkədaxili və ölkəxarici “Biznes turlar” haqqında məlumat verdik.

Görüşdə Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva qonağımız oldu. O, sahibkarları fondun əsas fəaliyyət istiqamətləri, sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyi haqqında məlumatlandırdı.

This will close in 0 seconds