By

marsol
24 dekabr MARSOL partnyoru olan “Top Supermarket”lər şəbəkəsinin 4-cü mağazasının açılışı baş tutdu. Biz də partnyorlarımızla birlikdə növbəti marketin açılışında iştirak etdik.
Ətraflı
Bu gün partnyorumuz “Abşeron Logistika Mərkəzi”nin nümayəndələri və idarə heyətinin sədri Ziya Ağayev MARSOL şirkətində qonaq oldu. Ziya bəy görüş zamanı MARSOL şirkəti ilə olan əməkdaşlıqları və birgə reallaşdırmağı planladığı yeni layihələr haqqında danışdı, müzakirələr aparıldı.
Ətraflı
MARSOL tərəfdaşlarından olan yüksək keyfiyyət, hər büdcəyə uyğun sərfəli qiymət və bol çeşidlər təqdim edən “Top Supermarket”lər şəbəkəsinin 3-cü mağazasının açılışı baş tutdu. Biz də partnyorlarımızla birlikdə açılışda iştirak etdik.
Ətraflı
Bu dəfəki müsahibimiz sms xidməti ilə məşğul olan partnyorumuz “Bimtek” şirkətinin direktoru Cenk bəy oldu.
Ətraflı
Çağdaş təhsil fəlsəfəsi ilə cəmiyyətə, vətəninə, ailəsinə və özünə faydalı bir şəxsiyyət yetişdirmək məqsədi daşıyan Bakı-İstanbul liseyi 2018-ci ildə yaradılmış özəl təhsil müəssisəsidir. Məktəbəqədər erkən inkişaf proqramından liseyə qədər davam edən təhsilimiz, şagirdlərimizin liderlik və məsuliyyət bacarıqlarını inkişaf etdirməyi, eyni zamanda dünyagörüşlü şagirdlər yetişdirməyi hədəfləyir.
Ətraflı
Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “AzEstetik Group”da baş tutdu. Partnyorlarımız “AzEstetik Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Fariz bəy tərəfindən məlumatlandırıldı.
Ətraflı
STV Engineering şirkəti 2018 ci ildə təsis edilib və 2021-ci ilə qədər Azərbaycanda aparıcı inspeksiya şirkətlərindən birinə çevrilmişdir. Xidmət portfelinə tikinti sahələrində və metal konstruksiya işlərində keyfiyyətin qiymətləndirilməsi, layihə və keyfiyyətə nəzarət yoxlaması, dağıdıcı və qeyri dağıdıcı üsullarla sınaq laboratoriya testləri, elektrik sınaq laboratoriya testləri və texniki personal təchizatı xidmətləri göstərir.
Ətraflı
Sahibkarlarla birlikdə inşaat sahəsində fəaliyyət göstərən partnyorumuz “BMY Caspian” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.
Ətraflı
Bu gün partnyorlarımızla birgə “Café de Baku” restoranında "Business Breakfast" görüşümüz gərçəkləşdi. Sahibkarlar arasında tanışlıqlar oldu, eyni zamanda öz işləri haqqında məlumat verdilər. Bununla yanaşı görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin nümayəndəsi Fariz bəy də iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.
Ətraflı
"S-ENNA" MMC, liftlərin və eskalatorların quraşdırılması ilə məşqul olan şirkət olaraq təsis edilmişdir. Yarandığı gündən şirkətimiz əsasən lift quraşdırılması ilə məşğul olmuşdur.Sonradan quraşdırma işləri ilə bərabər liftlərin,eskalatorların və digər qaldırıcı qurğuların idxalını həyata keçirməyə başlamışdır.
Ətraflı
1 184 185 186 187 188 242