Çağdaş təhsil fəlsəfəsi ilə cəmiyyətə, vətəninə, ailəsinə və özünə faydalı bir şəxsiyyət yetişdirmək məqsədi daşıyan Bakı-İstanbul liseyi 2018-ci ildə yaradılmış özəl təhsil müəssisəsidir. Məktəbəqədər erkən inkişaf proqramından liseyə qədər davam edən təhsilimiz, şagirdlərimizin liderlik və məsuliyyət bacarıqlarını inkişaf etdirməyi, eyni zamanda dünyagörüşlü şagirdlər yetişdirməyi hədəfləyir. Başqa sözlə desək, Bakı- İstanbul liseyi, tərəddüd etmədən fikirlərini ifadə edə bilən, fərqli mədəniyyətlərə və təcrübələrə açıq, eyni zamanda milli dəyərlərə sadiq, elmi araşdırmalar apara bilən vətəndaş yetişdirir. Hər bir fərdin fərqli maraqları və zövqləri olduğu kimi, hər bir şagirdin də fərqli öyrənmə və ünsiyyət üsulu vardır. Hər bir şagird özünəməxsus idrak qabiliyyətinə malikdir və bu qabiliyyət yalnız lazımi tədris metodları ilə maksimum səviyyədə müvəffəqiyyətə çevrilə bilər. Bakı -İstanbul liseyi olaraq göstərdiyimiz təlim –tərbiyə xidmətinin nəticələrinə və təcrübəmizə söykənərək hər bir şagirdimizin bacarıqlarını ən yüksək səviyyəyə necə çatdıracağımızı bilir və bunun məsuliyyətini daşıyırıq. Bakı -İstanbul liseyi innovativ texnologiyalara əsaslanan təlim prosesini təşkil etməklə, beynəlxalq standartlara cavab verən müasir tədris – təlim sistemi yaratmışdır. Tədris proqramı məktəbəqədər (4-6 yaş),
ibtidai (I-IV), ümumi orta (V-VIII) və tam orta təhsil (IX-XI) səviyyələri üzərində qurulub. Bundan əlavə liseyimizin nəzdində “İstanbul Foundation” proqramı da fəaliyyət göstərir. Qeyd edək ki, yalnız Bakı-İstanbul liseyində tədris 4 dildə- azərbaycan, türk, rus və ingilis dillərində həyata keçirilir.
Liseyimizdə dərslər həftənin 5 günü saat 08:30-dan 17:30-a qədər davam edir. Şagirdlərimiz liseydə olduqları müddətdə gün ərzində 3 dəfə qidalanırlar.
Bakı-İstanbul Liseyinin ciddi akademik proqramı əlavə olaraq müxtəlif idman növlərinin təşkili, incəsənət dərnəklərin fəaliyyəti, klubların aktivliyi , gəzinti və ictimai layihələrin təşkili və tətbiqi olan sinifdən kənar fəaliyyətlər ilə daha da keyfiyyətli şəxslərin yetişməsini hədəfləyir.
Qeyd edək ki, bu ildən etibarən lisey daxilində yataqxanamız da şagirdlərin xidmətindədir.
Son olaraq qeyd etmək istəyirik ki, Bakı İstanbul liseyi olaraq, məqsədimiz qloballaşan dünyada rəqabət etməyə hazır olan gənc nəsli beynəlxalq səviyyədə tanınmış bir təhsil ilə , yenilikçi, tənqidi təfəkkürə malik, özünə güvənən və istədiklərini bilən şəxs olaraq yetişdirməkdir. Məktəb yalnız akademik müvəffəqiyyəti dəstəkləyən bir mühit olmamalı, həm də şagirdin fərdi inkişafı üçün lazımi imkanlarla təchiz olunmalıdır. Bu məqsəddən irəli gələn işləri təcrübəli müəllim və mütəxəssis heyəti ilə həyata keçiririk.
Ünvan: Bakı, Nəsimi r-nu, Asif Məhərrəmov küç. 4
Mobil: +994 50 2613420
web: http://bil.edu.az/
e-mail: [email protected]
Facebook: Bakı İstanbul Liseyi;
İnstagram: baku.istanbul.liseyi