Ofis Ziyarəti “AzEstetik Group” – 16.12.2021

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə MARSOL MMC-nin 2021 – 2022 sponsorlarından olan “AzEstetik Group”da baş tutdu. Partnyorlarımız “AzEstetik Group”un fəaliyyəti haqqında şirkətin rəhbəri Fariz bəy tərəfindən məlumatlandırıldı. Şirkətin rəhbəri Fariz bəy 4 istiqamətdə fəaliyyət göstərdiklərini qeyd etdi. Belə ki, “AzEstetik Group” olaraq Stomotoloji cihazların, Kosmetoloji avadanlıqların satışı, Kosmetoloji tədris və digər estetik xidmətlər, həmçinin Azərbaycanın №1 Dental laboratoriyasının fəaliyyəti ilə məşğuldur. Daha sonra ofisi gəzərək, ofis daxilində həyata keçirilən xidmətlər və digər məhsullarla yaxından tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Azestetik Group
DHA
Shane Akademy
Sabiroğlu MMC
Birgə və Sağlam İB
Zəhra Klinik
Arbitro
Love Lokum
Həkim Baba Sağlamlıq Mərkəzi