“Top Supermarket”lər şəbəkəsinin açılışı baş tutdu.

MARSOL tərəfdaşlarından olan yüksək keyfiyyət, hər büdcəyə uyğun sərfəli qiymət və bol çeşidlər təqdim edən “Top Supermarket”lər şəbəkəsinin 3-cü mağazasının açılışı baş tutdu. Biz də partnyorlarımızla birlikdə açılışda iştirak etdik.


Açılışda Xətai rayonu İcra Başçısının müavini Etibar Əhmədov da qonaq oldu və yeni marketin fəaliyyətə başlaması münasibətilə şirkətin rəhbəri Zaur bəyə və marketin kollektivinə öz ürək sözlərini ünvanladı. Daha sonra MARSOL MMC – nin rəhbəri Tural Mustafayev də qonaqları salamladı və partnyorlarımızla birgə mağaza ilə tanış oldular.


“Top Supermarket”lər şəbəkəsinin yeni fəaliyyətə başlayan mağazası Bakı şəhəri, Xətari r-nu, Həzi Aslanov m/st, Xudu Məmmədov 43C ünvanında yerləşir.


Başda Zaur bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!