Day

Fevral 15, 2022
Bu gün növbəti ofis və istehsalat ziyarətimiz yerli bazarda plastik və kağız birədəfəlik taraların istehsalı ilə məşğul olan partnyorumuz “AS-STRETCH” şirkətində baş tutdu.
Ətraflı
Yeni tanışlıqlar, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə təşkil etdiyimiz ofis və istehsalat ziyarətimiz bu dəfə mətbəə sektorunda fəaliyyət göstərən “Tuna” şirkətində oldu. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər, görüşü dəyərləndirib yeni əməkdaşlıq əlaqələri quran şirkətlər də oldu.
Ətraflı
MARSOL partnyorları olan sahibkarlarımız arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Business Breakfast və B2B” görüşümüz “DineHall” restoranında baş tutub. Partnyorlarımız rəhbərlik etdikləri şirkət barədə çıxış edib, MARSOL tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər, həmçinin yeni kompaniyaları və endirimləri haqqında məlumat veriblər.
Ətraflı