Business Breakfast “Dine Hall” – 15.02.2022

MARSOL partnyorları olan sahibkarlarımız arasında işgüzar münasibətlərin yaradılması və inkişafı məqsədi ilə təşkil etdiyimiz “Business Breakfast və B2B” görüşümüz  “DineHall” restoranında baş tutub. Partnyorlarımız rəhbərlik etdikləri şirkət barədə çıxış edib, MARSOL tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında maraqlı olduqlarını qeyd ediblər, həmçinin yeni kompaniyaları və endirimləri haqqında məlumat veriblər.

Bununla yanaşı görüşdə “Azərbaycan Sahibkarlar Konfederasiyası”nın vitse-prezidenti Vüqar Zeynalov iştirak edib və “21-ci əsrin trendləri” mövzusunda maraqlı və faydalı məlumatlar verib. Sahibkarlar da öz suallarını Vüqar bəyə ünvanlayıb və mövuz ilə bağlı müzakirələr ediblər.

Daha sonra 2021-2022 MARSOL sponsorlarından olan “ Texno Gallery” şirkətinin təqdimatı reallaşıb. Şirkətin rəhbəri Murad bəy  mağazalarında dünyanın aparıcı istehsalçılarından geniş çeşiddə müxtəlif keyfiyyətli məhsullar və avadanlıqlar – kompüter avadanlığı, noutbuklar, ultrabuklar, kompüter ehtiyyat hissələri,serverlər və şəbəkə avadanlıqlarının sərfəli qiymətlərlə satışının həyata keçirildiyini qeyd edib və .

Həmçinin MARSOL partnyoru “ NLP Center” şirkətinin rəhbəri Babək bəy “Dəyişim” mövzusunda təcrübələrini bölüşüb. Belə ki, Babək bəy “ NLP Center” şirkətinin ən yaxşı fərdi inkişaf və koçluq mərkəzi olaraq, insanların içində olan potensialını kəşf etməsinə köməklik göstərdiklərini qeyd edib.

Sonda isə reklam sahəsində öndə gedən şirkətlərdən biri olan “N-Advert” şirkətinin rəhbəri Namiq bəy fəaliyyətlərinin 11illiyini MARSOL partnyorları ilə birgə qeyd edib.  Bu da partnyorlarımız arasındakı əlaqələrin ancaq dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında qurulduğunu  göstərir. “N-Advert” şirkətinə fəaliyyətində uğurlar arzulayırıq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

ASK
Meslehetci az
Sayım az ( qonaq )
Texno gallery
Feram Group
Sabiroğlu
Lunchef Catering
Sarr Logistika
VMR Tekstil
N-Advert
NLP Center
Emlak az
Voice Agency
Shane Akademy
İdeal Print
Xalq Hayat
SR Broker
Hafele
Garanti Group
Arter
Ecomedi
AzFinance
NeWcond
Novator
Crispa
Nurlu Parfum Lab
Shams Group
MEYFT ( Qonaq )
Xanni Əlcək