Ofis Ziyarəti “TUNA” – 15.02.2022

Yeni tanışlıqlar, müxtəlif işgüzar insanlarla biznes əlaqələrinin qurulması və inkişafı məqsədi ilə təşkil etdiyimiz ofis və istehsalat ziyarətimiz bu dəfə mətbəə sektorunda fəaliyyət göstərən “Tuna” şirkətində oldu. Görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər, görüşü dəyərləndirib yeni əməkdaşlıq əlaqələri quran şirkətlər də oldu.

Şirkətin rəhbəri Rəşid bəy qeyd etdi ki, göstərdiyi xidmətlərin keyfiyyətinə və sifarişçilərinin yüksək məmnunluğunu qazanmasına görə Azərbaycanın qabaqcıl firma və təşkilatları arasında layiqli yer tutmuş “TUNA” şirkəti bu sektorda Coca-cola , Azərsun, Mc Donalds, Fab Boya, Best Boya, Sobsan, Bolluq, Milenium, AER, Şirin, Veysəloğlu və başqa lider şirkətlərlə uzun illərdir əməkdaşlıq edir.  Rəşid bəy həmçinin yeni kadrların ixtisaslaşması istiqamətində də gənclərə dəstək olduqlarını qeyd etdi.

MARSOL MMC olaraq, biz də “TUNA” şirkətinin göstərdiyi mətbəə xidmətlərindən istifadə edirik. Belə ki, 2022-ci il nəşri olan şirkətlərin təqdimatını özündə əks etdirən “Business Catalogue”-un nəşri “TUNA” şirkətinə məxsusdur. Sonda isə partnyorlarımızla birlikdə mətbəəni gəzərək istehsalatla yaxından tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Grow Audit
Flitstook
Caspian Enerji Group
Ağa Group
Ağa Group
Zarif
Azmep
A Trading Azərbaycan
Smart Group
Marry Me