Ofis Ziyarəti “AS-STRETCH” – 15.02.2022

Bu gün növbəti ofis və istehsalat ziyarətimiz yerli bazarda plastik və kağız birədəfəlik taraların istehsalı ilə məşğul olan partnyorumuz “AS-STRETCH” şirkətində baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər. Daha sonra şirkətin rəhbəri Ərtoğrul bəy bizə şirkət haqqında ətraflı məlumat verdi, bildirdi ki, “AS-STRETCH” şirkətinin əsas fəaliyyət istiqaməti qida və qeyri qida sahəsində istifadə olunan yüksək keyfiyyətə malik plastik və kağız stəkanların, taraların istehsalıdır. Ən sonda şourumu gəzərək istehsal olunan məhsullara yaxından baxış keçirmək imkanımız oldu.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

İncert
Zəhra Klinikası
D-İT
Difa consalting
Təndir-Məndir
İstanbul Liseyi
Sağlam Diş
Megavision
Asstretch