Business Breakfast “MARSOL Business Club” – 16.02.2022

Bu gün MARSOL-un ənənəvi tədbirlərindən olan, növbəti “Business Breakfast və B2B” görüşü gerçəkləşdi. “Özsüt” restoranlar şəbəkəsinin təqdimatı ilə görüş “MARSOL Business Club”da baş tutdu. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib.

“Özsüt” restoranlar şəbəkəsinin rəhbəri Renat bəy zəngin və fərqli menyularından, göstərilən xidmətlərdən və Bakı şəhərində yerləşən filiallarından məlumat verdi.

Həmçinin “Business Breakfast” görüşümüzdə Bakı və xüsusi zonalar üzrə KOB dostu Sabir bəy iştirak edib. Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Sonda isə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntüləri təqdim edib və növbəti sərgi haqqında partnyorlarımızı məlumatlandırıb. Həmçinin Tural bəy, iştirak edən partnyorlarımıza “Business Catalogue” 2022 nəşrini təqdim edib və partnyorumuz “Primex” şirkəti tərəfindən digər partnyorlara da qısa müddətdə təqdim olunacağı haqqında məlumat verib.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Özsüt
Unilegal
ESL
Top Servis
L – Sim
İ – Tech
Marcom
KOBİA

This will close in 0 seconds