Partnyorlarımız

Bloom Group

Bloom Group qlobal baxışa malik yerli marketinq agentliyidir və “Advisory”, “Events” və “Learning” adlanan 3 dairədən ibarətdir. “Advisory” dairəsi daxilində biz brendin inkişafı, marketinq və PR xidmətləri təqdim edirik. İnanırıq ki, hər bir brendin özünəməxsus hekayəsi var və məqsədimiz onu düzgün auditoriya ilə birləşdirərək, bütün potensialını kəşf etməkdir. Xidmətlərimizə brend identikliyinin yaradılması, hərtərəfli marketinq strategiyalarının...
Ətraflı

İndikator Avto MMC

Şirkətimiz 2018-ci ildə yaradılıb, əsas fəaliyyət sahəmiz minik avtomobillərinin ehtiyat hissələrinin satışı və servis xidmətinin təşkili olub. Hazırda iki xidmət nöqtəsində fəaliyyət göstəririk. Premium filialımızda əsasən avtomobillərin yağdəyişmə xidmətləri və hər növ akkumulyatorlarıj satışını həyata keçiririk. Bu ildən etibarən tam elektrikli moto və avtomobillər təklif etməyə başlamışıq. Çinin Super Soco və Henrey markalarının avtomobil və...
Ətraflı

Brandex MMC

Şirkət 2017-ci ildə təsis olunmuşdur və ilk fəaliyyətinə daxili və çöl reklamlar, genişformatlı çap işləri, POSm materiallar, fasad işləri daxil olmuşdur. Sonradan isə mebel istehsalı və metal konstruksiyalar istehsalı da əlavə edilmişdir. Bugün Brandex şirkəti 1000 kv.metr istehsal sahəsinə, avadanlıqlara və professional işçi komandasına sahibdir.
Ətraflı

Ex2door

189 COURIER – Sənədlərin, kiçik və orta ölçülü bağlamaların çatdırılmasını təmin edən kuryer şirkətidir. Şirkət hal-hazırda B2B istiqamətdə öz fəaliyyətini göstərir. Partnyorlarımız həm zəng, həm də onlara təqdim edilmiş şəxsi kabinet vasitəsi ilə kuryer sifariş edə bilərlər. Sifarişlərin çatdırılması üçün müxtəlif tip nəqliyyat vasitəli kuryerlər ( avtomobil, skuter, motosiklet, piyada ) mövcuddur.
Ətraflı

SmFreshOil

SmFreshOil şirkəti 2017-ci ildə həkim, qidalanma mütəxəssisi Maya Səbzəliyeva tərəfindən təsis edilmişdir. Şirkət müxtəlif çeşid soyuq sıxım yağlar, qlütensiz unlar və çərəzlərdən əzmələr , məcunlar istehsalıvə satışı ilə məşğuldur. Əsas səciyyəvi cəhəti məhsulların qatqısız, konservantsız, qlütensiz, şəkərsiz olmasıdır. Məhsullar yüksək keyfiyyətli texnologilardan isifadə edilməklə həkim Maya Səbzəliyevanın nəzarəti altında hazırlanılır. Bakı daxili iri marketlər şəbəkəsində...
Ətraflı

Compar Academy

Compar Academy proqramlaşdırma, qrafik dizayn, veb dizayn, Microsoft Office, interyer dizayn kimi yüksək kompüter ixtisasları üzrə peşəkarlaşmış tədris mərkəzidir.Akademiyanın əsas məqsədi və missiyası tədrisini etdiyi sahələrə marağı və həvəsi olan insanlara motivasiya vermək, onları düzgün istiqamətləndirmək, verdiyi təhsillə gələcəklərinə müsbət təsir göstərmək və Azərbaycanda proqramlaşdırma və dizayn sahəsində bilikli və bacarıqlı gənclər yetişdirməkdir.İş və gündəlik...
Ətraflı

Karyera və İşə Hazırlıq Mərkəzi

Karyera və İşə Hazırlıq Mərkəzi 9 Noyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz bir müddət “Təcrübə və Təqaüd Proqramları” brendi ilə fəaliyyətini davam etdirib. Karyera və İşə Hazırlıq Mərkəzi təcrübəçi ilə müəssisə arasında təcrübə təminatçısı rolunu oynayır. Ölkəmizdə ilk və rəqibsiz fəaliyyət göstərən layihənin məqsədi tələbə-gənclərin fərdi inkişafına, təcrübəli mütəxəssis kimi formalaşmasına dəstək olmaqdır. Proqram həmçinin müəssisələrin kadr potensialını zənginləşdirməkdən,...
Ətraflı

Envix Print

Şirkətimiz əsasən poliqrafiya, promo və reklam sahəsi üzrə xidmət göstərir. Biz təkcə çapla kifayətlənmirik. Xüsusi dizaynla hədiyyəlik qutuların yığımı və lazer avadanlığımızdan istifadə edərək müxtəlif kəsimli bəzəklərin və fiqurların hazırlanması da imkanlarımız arasında yer alır. Ünvan: Hüseynbala Əliyev 14 Telefon: +99455 703 21 12
Ətraflı

AZDIZAYN GROUP MMC

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa muddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvən yerinə çevrilmişdir. Biz bu gün ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik. Şirkətimizin əsas istiqamətləri kafel-metlax və...
Ətraflı
1 43 44 45 46 47 55