Bloom Group qlobal baxışa malik yerli marketinq agentliyidir və “Advisory”, “Events” və “Learning” adlanan 3 dairədən ibarətdir.

“Advisory” dairəsi daxilində biz brendin inkişafı, marketinq və PR xidmətləri təqdim edirik. İnanırıq ki, hər bir brendin özünəməxsus hekayəsi var və məqsədimiz onu düzgün auditoriya ilə birləşdirərək, bütün potensialını kəşf etməkdir. Xidmətlərimizə brend identikliyinin yaradılması, hərtərəfli marketinq strategiyalarının və kampaniyalarının hazırlanması, brend, ictimaiyyət və steykholderlər arasında müsbət münasibətlərin qurulması daxildir.

“Events” dairəmizdə biz müştərilərimizin hər növ biznes tədbirləri ilə yanaşı, öz tədbirlərimizi də təşkil edirik. Tədbirlərin təşkilini “turnkey” prinsipi əsasında icra edirik. Konsepsiyadan icraya qədər istənilən formatda və miqyasda yaddaqalan işgüzar tədbirlər yaratmaqda gözləntiləri üstələyirik. Məqsədimiz sadə, lakin mükəmməldir – gözləntiləri aşmaq, xoş xatirələr və qalıcı təəssüratlar yaratmaq.

“Learning” dairəsində isə biz müştərilərin sorğuları əsasında müxtəlif mövzularda təlim proqramları hazırlayır, kouçinq və fasilitasiya xidmətləri təqdim edirik. Hər zaman öyrənməyə və inkişaf etməyə olan həvəsimiz bizi müştərilərimizin xüsusi ehtiyaclarına və istəklərinə cavab verən individual həllər yaratmağa sövq edir.

Ünvan: Luxen Plaza, Xətai prospekti 34

Mobil: +994 51 201 49 42

web: www.bloomgroup.az

e-mail: [email protected]

Linkedin: https://www.linkedin.com/company/bloom-group-azerbaijan/

Facebook: https://www.linkedin.com/company/bloom-group-azerbaijan/

İnstagram: https://www.instagram.com/bloomgroup.advisory/

https://www.instagram.com/bloomgroup.events/