Compar Academy proqramlaşdırma, qrafik dizayn, veb dizayn, Microsoft Office, interyer dizayn kimi yüksək kompüter ixtisasları üzrə peşəkarlaşmış tədris mərkəzidir.
Akademiyanın əsas məqsədi və missiyası tədrisini etdiyi sahələrə marağı və həvəsi olan insanlara motivasiya vermək, onları düzgün istiqamətləndirmək, verdiyi təhsillə gələcəklərinə müsbət təsir göstərmək və Azərbaycanda proqramlaşdırma və dizayn sahəsində bilikli və bacarıqlı gənclər yetişdirməkdir.
İş və gündəlik həyatımızda istifadə edilən proqramlar və texnologiyalar sahəsində tədris verən Compar Academy sadəcə nəzəri yox, həmçinin praktiki təhsilə əsaslanan, özünəməxsus metodikası ilə gələcəyin potensial mütəxəssislərini yetişdirir. Akademiyaya qoşularaq rahat və səlist şəkildə kodlaşdırmanın özəlliklərini, dizaynın incəliklərini öyrənəcəksiniz. Hər hansı bir şirkətin təcrübəli proqramçılara, dizaynerlərə həmişə ehtiyacı var. Buna görə də, Compar Academy sizlər üçün xüsusi tədris proqramı təklif edir. Əsas üstünlük praktiki bacarıqları qazanmaqdır və siz bizi seçərək akademiyamızın təcrübəli müəllim kollektivi ilə buna nail olacaqsınız. Komandamız hər zaman sizlər üçün maksimum ideyalarla dolu təhsil proqramı ilə qarşısınızdadır.
Təhsilə yanaşmamız.
Compar Academy tədrisini etdiyi sahələr üzrə peşəkarlaşmaq istəyən insaları birləşdirən və onlara təhsil və karyera yollarında dəstək olmağı hədəfləyən tədris mərkəzidir.
Məqsədimiz yalnız təhsil vermək yox, həm də tələbələr üçün birlikdə vaxt keçirərək fikir və təcrübə mübadiləsi apara biləcəkləri, əlaqələrini genişləndirə biləcəkləri, bilik və bacarıqlarını reallaşdıra biləcəkləri bir mühit yaratmaqdır.
Compar Academy-də vaxtaşırı texnologiya və ya təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər və ya tərəfdaşlar dəvət edilərək seminarlar da təşkil edilir. Bu seminarlarda qonaqlar öz təcrübə və tövsiyələrini bölüşür, tələbələrin suallarını cavablandırırlar və qarşılıqlı müzakirələr aparılır.
Tələbələrimiz kurs müddətində layihələr üzərində işləyərək şəxsi portfolio yaratmaq, kursu başa vurduqdan sonra isə akademiyada və ya partnyor şirkətlərdə işləmək və ya praktika keçmək kimi imkanlara sahib olurlar.
Bundan əlavə, Compar Academy Azərbaycanda ilk dəfə olaraq proqramlaşdırma və dizayn sahələri üzrə üzrə Türkiyə, Kanada, Almaniya və Avropanın digər bir çox ölkələrində təcrübə proqramı təşkil edir. Bu imkandan Compar Academy-də tədris proqramını uğurla başa vurub sertifikat əldə edən tələbələr yararlana bilərlər.
Hazırda Compar Academy-də proqramlaşdırma üzrə Front-end, Back-end, dizayn üzrə isə qrafik dizayn, veb dizayn, interyer dizayn kimi sahələr tədris olunur. Bu gün həm dünyada, həm Azərbaycanda yüksək tələbatlı olan C#, Python, Javascript, Node Js, SQL, MongoDB və s. kimi bir çox texnologiyalar Compar Academy-də yüksək keyfiyyətlə tədris olunur və öyrənilən biliklərin real işlər üzərində tətbiqinə xüsusi əhəmiyyət verilir. Dizayn üzrə isə həm nəzəri əsaslar öyrədilir, həm də praktika əsaslı tədris metodikası istifadə edilir. Eyni zamanda, müasir dövrün tendensiyalarına uyğun olaraq yaradıcı işlərinizin və dizayn məhsullarınızın NFT kimi rəqəmsal mühitlərdə yerləşdirilməsi, mübadilə olunması, satışı və s. yönündə işləməyi də öyrənəcəksiniz.

Ünvan: Zərgərpalan küçəsi 137, Nizami metrosunun çıxışı

Telefon: +994 50 800 63 53

Web: compar.edu.az

E-mail: [email protected]

Facebook: https://www.facebook.com/comparacademy/

İnstagram: https://www.instagram.com/compar_academy/