Ofis Ziyarəti “Regional Construction Group” – 19.04.2024

Aprelin 19-u 2024-2025 Marsol Group sponsoru olan “Regional Construction Group”un ofisini növbəti dəfə ziyarət etdik.

Görüş çərçivəsində “Regional Construction Group”un direktoru Ayaz Məmmədov təqdimat edərək, şirkətin sektordaki mövqeyi və həyata keçirilən layihələri haqqında məlumat verdi.

Təbii ki, bu məlumatlara əsasən sahibkarlarımız da öz təcrübələrini və fikirlərini bölüşərək müzakirə apardılar.

2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunduqdan sonra ofis ziyarətimiz başa çatdı.

Sonda, partnyorumuz “Metsan” şirkətinin şourumunda qonaq olduq. Şirkətin rəhbəri Şahin Əliyev bizi müxtəlif dizaynlı spot lampa və işıqlarla əyani şəkildə tanış etdi.

İştirak edən şirkətlər:

Gens Elektrik
BF Group
Sky Lift
Metsan
A.ASASH
AL Group
Memo Technology
Azflex
BestSol
Mega Stroy