Handex – texniki, əsasən də Data sahəsi və aidiyyəti proqramlar üzrə təlimlər həyata keçirən, həmçinin analitika və hesabatlılığın təmin olunması üzrə xidmətlər göstərən Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Tədris Mərkəzimizdə Data analitikası, Oracle SQL Developer, Marketinq analitikası və Sosial Media Marketinqi peşələri üzrə, Microsoft Excel, Power BI, Oracle SQL və Python proqramları üzrə təlimlər həyata keçirilir. Həmçinin Microsoft Office Specialist Excel Expert (MOSE) və Power BI Data Analyst Associate beynəlxalq sertifikatlarına hazırlıqlar təşkil edilir.
Təşkil etdiyimiz təlimlərdə və peşə hazırlığında iştirak edən məzunlarımız qazandıqları bilik və bacarıqlar sayəsində həm yerli, həm də xarici şirkətlərdə iş ilə təmin olunub, beynəlxalq sertifikatlar əldə ediblər. Bundan əlavə kifayət qədər iştirakçı öz texniki biliklərini təkmilləşdirmək və ya yeni texniki biliklər əldə etmək üçün bizim mərkəzə müraciət edib.
Bildirmək istərdik ki, Handex-in Data analitika təliminin iştirakçılarının 78%-i işlə təmin olunublar. Onlar, dövlət müəssisələrində və ölkəmizin bir çox tanınmış şirkətlərində, hətta xarici şirkətlədə (ZF AutomativeSystems Poland Sp. Zo.o., Shell (Polşa ofisi)) data analitika, hesabatlılıq və aidiyyəti sahələr üzrə vəzifələrdə çalışırlar. İş ilə təmin olunan iştirakçılarımıza bu linkdən baxa bilərsiniz.
Həmçinin Handex-də beynəlxalq Excel sertifikatı üçün hazırlaşan şəxslərin 100%-lik göstəricisi var. Bu o deməkdir ki, imtahanda iştirak edən hər bir iştirakçımız bu sertifikatı əldə edə biliblər. Bu linkdən iştirakçılarımızın sertifikatlarına baxa bilərsiniz.

Hazırda Handex MMC ölkəmizin bir çox dövlət müəssisələri və tanınmış şirkətləri, həmçinin beynəlxalq şirkətləri ilə korporativ formada əməkdaşlıq edir.
Cari dövrdə 2 təhsil, 40-dan çox yerli və 4 beynəlxalq tərəfdaşımız var.

Təhsil Tərəfdaşlarımız:

  • Dövlət Məşğulluq Agentliyi
  • İnnovasiya və Rəqəmsal İnkişaf agentliyi (Technest)

Yerli Tərəfdaşlarımız:

  • Elm və Təhsil Nazirliyi – Unibank
  • Səhiyyə Nazirliyi – AccessBank
  • Azərbaycan Dəmir Yolları – Xalq Həyat
  • Azərbaycan Dövlət Reklam Agentliyi – Bravo
  • Azərbaycan Tibb Universiteti – Araz
  • Azərbaycan Beynəxalq Bankı – Veysəloğlu
  • Paşa Bank – Global Management və s.

Qlobal Tərəfdaşlarımız:

  • EURASIA – Engin
  • International Organization for Migration (IOM) – Imperial Tobacco

Handex MMC olaraq analitika və hesabatlılığın təmin olunması üzrə xidmətlər də göstəririk. Bu xidmətlər əsasən kiçik və orta bizneslər üçün nəzərdə tutulub. Göstərdiyimiz xidmətlərə aşağıdakılar daxildir:

  • Maliyyə hesabatları – HR hesabatları
  • Hissəli ödənişlərin qəbul edilməsi üzrə hesabat – Anbar qalıq hesabatı
  • Dataların analizi – Avtomesaj sistemləri və s.

Bu hesabat və sistemlərin köməyi ilə müəssisə rəhbərləri bütün hesabatlılığa və analizlərə nəzarət edə, müəssisənin əldə etdiyi gəlir və xərcləri izləyə, əməkdaşlar müəssisə ilə bağlı bütün məlumatları rahat formada daxil edə, anbara gələn-çıxan məhsulları və anbar qalıqlarını görə, daxili kredit verən müəssisələr ödənişlərə, borclara və gecikmələrə daima nəzarət edə, minlərlə şəxsə şablon mesajları avtomesaj sistemləri vasitəsilə tez bir zamanda göndərə bilərlər.
Məqsədimiz cəmiyyətimizə və yaşadığımız mühitə, xüsusən gənclərimizə töhfə verməkdir. Buna görə bu sahə üzrə insanları maarifləndirmək üçün aidiyyəti tədbirlərdə iştirak edir və universitetlərimizdə gənclərlə görüşərək seminar, vörkşop və master-klaslar təşkil edirik. https://handex.az/xeberler
Bundan əlavə sosial məsuliyyətimizi anlayaraq öz-özünə təlimi (self study) sevənlər üçün Youtube kanalımızda tam ödənişsiz və praktiki təlim videoları paylaşırıq. https://www.youtube.com/@HandexEdu

Ünvan: Nəsimi ray, Nizami küç, 203B, AF Business House, 6-cı mərtəbə

Korporativ nömrə: +994 50 605 58 54 / Digər nömrə: +994 50 837 58 54

web:  https://handex.az

e-mail: [email protected]

Facebook: https://www.facebook.com/share/CNJmVrDVZvwHNyd5

İnstagram: https://www.instagram.com/handex.az