Ofis Ziyarəti “TWC Management Consulting” – 30.04.2024

Bizneslərin ən əhəmiyyətli problemlərini həll etməyə kömək edən konsaltinqdir.

Bu sahəni daha yaxından tanımaq üçün aprelin 30-u özəl, dövlət və sosial təşkilatlarla əməkdaşlıq edərək konsaltinq xidməti göstərən, 2024-2025-ci il Marsol Group sponsoru “TWC Management Consulting”i ziyarət etdik.

B2B müzakirələr zamanı partnyorlarımız şirkətləri haqqında məlumat vermək və biznes təcrübələrini bölüşməkdən əlavə, “TWC Management Consulting”in fəaliyyətlərini tanımaq imkanı da əldə etdilər. Şirkətin rəhbəri Çingiz Novruzzadə öz təqdimatında problemi aşkarlamaq və müştəriyə həll yolu təklif etməyə əsaslanmış konsaltinqin xidmət sahələri haqqında partnyorlarımızı maarifləndirdi.

Sonda, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

Beynəlxalq Təhsil Mərkəzi
İnmotion Trading
İndigo
Social Lab
Doğtaş
Mado
Çapar Group
Elegant-S
Euroglass Art
Safe Union