Ofis Ziyarəti “Məlhəm Beynəlxalq Hospital” – 18.04.2024

Aprelin 18-i Marsol Group partnyorları ilə “Məlhəm Beynəlxalq Hospital”da bir araya gəldik.

Sağlamlıq sahəsində fikirlərimizə yeni perspektivlər qazandıran təqdimatlar, eləcə də sahibkarların müxtəlif sahələrdə fəaliyyət göstərən uzman həkimlərlə tanış olması görüşə maraq qatdı.

Hospitalın icraçı direktoru Sevda Əlizadə təqdimat zamanı klinik şöbələr, laboratoriya və diaqnostika xidmətləri, innovativ tibbi avadanlıqlar haqqında məlumat verdi.

Daha sonra təşkil olunan çay süfrəsi ətrafında iştirakçıların B2B müzakirələri oldu.

2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olunduqdan sonra ekskursiya çərçivəsində Hospitalın xidmətləri ilə əyani şəkildə tanış olduq.

İştirak edən şirkətlər:

Vien Group
LS Laser
Fitowall
Gültekin Logistics
Sirab
Bakı Gənclər Mərkəzi
Halal-P
Master Cleaning
Paşa Həyat
Azani Tekstil
166 Yükdaşıma
Macis Consulting
İcon Pərdə
Sinax
Lassa
Doğtaş Mebel
Billur