Ofis Ziyarəti & Təlim – “Meslehetci.az” – 17.04.2024

Sahibkar və mühasib arasında informasiyanın düzgün qəbul edilməsi və ötürülməsi vacib amildir. Təbii ki, bu hər bir sahibkar üçün keçərlidir.

Aprelin 17-si “Meslehetci.az“da baş tutan “Ofis Ziyarəti” çərçivəsində bu mövzuyla bağlı ətraflı məlumat əldə etmək üçün Marsol Group partnyorları ilə bir araya gəldik.

İlk əvvəl, şirkətin həmtəsisçiləri Abbas Orucəliyev və Xalid Cəfərov fəaliyyətləri haqqında məlumat verdi.

Daha sonra “Sahibkar və mühasib arasında düzgün kommunikasiya” anlayışını təsvir edən təlimdə Abbas bəy mövzu haqqında öz təcrübələrini bölüşdü, vergi və maliyyə qaydalarında informasiyanın düzgün çatdırılması ilə bağlı müzakirələr aparıldı.

Sonda isə, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

G Logistics
MGM-21
Mega Həyat
N-Advert
Antik İnşaat
Altent
İTM
İndikator Avto
AE Union
Global Dəftərxana
İdeal Dizayn
Nar Mobile
Başkent