İşgüzar Səhər Yeməyi “Restore” – 16.04.2024

Əlaqələr vacibdir. Əsasən də B2B əlaqələrin hansı imkanlar təqdim edə biləcəyini yenə “İşgüzar Səhər Yeməyi”ndə müşahidə edirik.

Aprelin 16-sı “Restore” restoranında təşkil olunan görüşdə bir araya gələn 40-a yaxın Marsol Group partnyoru ilə məhz bu məzmuna uyğun B2B müzakirələrimiz oldu.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov da iştirak etməklə KOB Dostu şəbəkəsinin önəmli istiqamətlərini, KOB-ların inkişaf tələblərinə uyğun göstərilən çoxsaylı dəstəkləri daha çox sahibkarla bölüşmək imkanı əldə etdi.

Həmçinin, görüşün davamında 2024-2025-ci il Marsol Group sponsoru olan “Omnitech” şirkətinin təqdimatı da baş tutdu. Təqdimat zamanı, şirkətin kommersiya direktoru Hüseyn Əliyev müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində bir sıra məlumatlar verdi.

Sonda isə, 2024-2025-ci il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları təqdim olundu.

İştirak edən şirkətlər:

Safe Union
Petrochem
Novator
Micropul
Omnitech
Paket Azərbaycan
Dəmirağac Engineering
Hikmətoğlu Transport
GV Estetik
Nil Tekstil
Catering Baku
BRT Class
N-Beauty-Club
Mediazadə
Arch Project
Qanun Mühasibatlıq Xidmətləri
Handex
Saca Group
Kovrolin.az
Best Bearings Company
Texno Gallery
Unique Lab
Paşa Sığorta
Meridian FF
Talent Staff
Kila Group
Proglass
Ailas Group
Techmaster
Qida Sektoru
Moon Group
Caspian Klima
Greenmed
Kənd Təsərrüfatı
Komiforest
Gloss Con