Biznes Tur “Çin” – 12.04.2024

Marsol Group partnyorları Çində!

12-22 aprel tarixlərində baş tutan “Çin Turu”nu ümumiləşdirsək bu 10 günün nə qədər maraqlı keçdiyini anlayırıq.

Turun əsas məqsədlərindən biri, “Kanton” sərgisi adlandırılan “Çin İdxal və İxrac Sərgisi”ni ziyarət etmək idi. Ziyarətçilərin və iştirakçı şirkətlərin sayına görə dünyada ən böyük ticarət sərgilərindən biri hesab olunan, 30 minə yaxın şirkətin qatıldığı “Kanton” sərgisində 1 milyondan çox yeni məhsul hal-hazırda da nümayiş olunur. Sərginin beynəlxalq ticarət və işgüzar əlaqələri təşviq etməklə keçmiş ənənələrə əsaslanması hədəflənir. Partnyorlarımızla sərgini ziyarət edən zaman biz də stendləri gəzərək qlobal tendensiyaları yerində müşahidə etmək imkanını dəyərləndirdik.

Guangzhou-un mərkəz bölgəsində yerləşən “International Finance Centre”də başlayan turumuz şəhər gəzintisi ilə davam etdi. Guangzhou-nun mədəni zənginliyini əks etdirən hərəkətli küçələrindən “Beijing Lu”nu və digər yerləri gəzdik.

Çin turunda növbəti ünvanımız Guangdong əyalətinin, Shenzhen şəhəri oldu. Əhali sayına görə Çinin beşinci ən böyük şəhəri Shenzhen, gözəlliyi və inkişaf etmiş iqtisadiyyatı ilə bizə xoş təəssüratlar bağışladı.

Marsol Group olaraq “Biznes Tur”da iştirak edən partnyorlarımıza təşəkkür edir, gələcək turlarda bir araya gəlməyi arzulayırıq!