Ofis ziyarəti “Good Finance” – 11.10.2022

Bu gün partnyorlarımızla birlikdə “Good Finance” şirkətinin qonağı olduq. Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin həmtəsisçiləri Vüsal Səlimov və Teymur İslamlı qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz fəaliyyətlərindən söhbət açaraq bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra partnyorlarımıza “Good Finance” şirkəti və xidmətləri haqqında ətraflı məlumat verildi.

Good Finance şirkəti 2019-cu ildə yaradılmışdır. Şirkətin əsas fəaliyyəti korporativ müştərilərə çeşidli maliyyə xidmətlərinin göstərilməsidir. Şirkət konsaltinq layihələrində müştərilərinə təkcə maliyyə xidmətləri deyil, ümumi biznes konsaltinq həlləri də təklif edir.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər marsol.az-da

Texno Gallery OneAmz Greenmed Allplast Compar Academy Indiqator Avto Nastep MyKart Zamex