Day

Oktyabr 11, 2022
Bu gün partnyorlarımızla birlikdə “Good Finance” şirkətinin qonağı olduq. Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin həmtəsisçiləri Vüsal Səlimov və Teymur İslamlı qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz fəaliyyətlərindən söhbət açaraq bir-birləri ilə daha yaxından tanış oldular. Daha sonra partnyorlarımıza “Good Finance” şirkəti və xidmətləri haqqında ətraflı məlumat verildi. Good Finance şirkəti 2019-cu ildə yaradılmışdır. Şirkətin...
Ətraflı
Bu səhər xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında partnyorlarımız arasında yeni tanışlıqların olduğu, mövcud əlaqələrin daha da möhkəmləndiyi “Business Breakfast” görüşü baş tutdu. Dövlət qurumlarından “Dövlət Məşğulluq Agentliyi”nin baş mütəxəssisi Aqşin Babayev, “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan Sərdarlı iştirak etdi. Sahibkarları maraqlandıran bir sıra mövzularda müzakirələr aparıldı,...
Ətraflı