Business Breakfast “DineHall” – 11.10.2022

Bu səhər xanım sahibkarların da iştirakı ilə “DineHall” restoranında partnyorlarımız arasında yeni tanışlıqların olduğu, mövcud əlaqələrin daha da möhkəmləndiyi “Business Breakfast” görüşü baş tutdu. Dövlət qurumlarından “Dövlət Məşğulluq Agentliyi”nin baş mütəxəssisi Aqşin Babayev, “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan Sərdarlı iştirak etdi. Sahibkarları maraqlandıran bir sıra mövzularda müzakirələr aparıldı, suallar cavablandı.

Daha sonra 2022-2023 MARSOL sponsorlarından olan BHB Stragetic & Creative Co. şirkətinin “ECD / Business Unit Director”u Ağarəcəb Cəfərovun öz fəaliyyətlərindən bəhs etdiyi çıxışı baş tutdu. Ardınca Özbəkistan səfəri ilə bağlı Azərbaycan Televiziyasında işıqlandırılan video sujetini izlədik. Turda iştirak edən sahibkarlar öz təəssüratlarını bölüşdü. Ən sonda isə 9 noyabr tarixində start veriləcək “MARSOL Mini Futbol Turniri 2022 “ZƏFƏR” Kuboku” çempionatı haqqında təqdimat oldu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

878 Bizim Yük
Adıgözəl & TIAK
Ecomedi
Net Elektrik
Best Comp
Az Dizayn
BHB Stragetic & Creative Co.
Unilift
Arbitro
VMR Tekstil
Beynəlxalq Təhsil Mərkəzi
Kovrolin.az
Loqos
Rəmzioğlu
SİF
İcon Pərdə
Köynəkci.az
Caspian Clima
SG Logistika
Fenstar
Saat Store
HR Cell
Qobustone
SR Broker
Kartonpak
DMA
Qolat
AzPrint
Vision